Dünya futbolu
Hamit 5 ay müalicə alacaq
Belindəki ağrılar səbəbindən uzun müddətdi futboldan uzaq …
Belindəki ağrılar səbəbindən uzun müddətdi futboldan uzaq qalan "Qalatasaray"ın üzvü Həmid Altıntop əməliyyat olunub. Futbolinfo.az xəbər verir ki, onun Almaniyadakı həkimləri Altıntopun vəziyyətinin yaxşı olduğunu qeyd ediblər.
Türkiyə millisinin də şərəfini qoruyan yarımmüdafiəçinin azı 5 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Lakin həkimlər sağalma prosesinin gedişindən asılı olaraq Altıntopun daha tez məşqlərə başlaya biləcəyini də istisna etməyiblər.
Qeyd edək ki, 30 yaşlı futbolçu sonuncu dəfə avqustun 25-də "Bursaspor"la görüşdə forma geyinmişdi.