Dünya futbolu
“Bavariya”nın finaldakı rəqibi bəlli oldu – VİDEO
Futbol üzrə Almaniya Kubokunda yarımfinal mərhələsinə yekun…
Futbol üzrə Almaniya Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Bavariya” səfərdə “Bayer”lə qarşılaşıb. 8 qolun qeydə alındığı qarşılaşmada darmadağınla qalib gələn Münhen klubu finala yüksəlib.
Digər finalçının adına isə “Şalke” – “Ayntraxt” matçında aydınlıq gəlib. Frankfurt təmsilçisi yeganə qol sayəsində "Şalke"ni mübarizədən kənarlaşdırıb və finala yüksəlib.
Beləliklə, finalda "Bavariya" və "Ayntraxt" qarşılaşacaq. Bu komandalar arasındakı həlledici oyun mayın 19-da baş tutacaq.
Almaniya Kuboku
Yarımfinal
17 aprel
Bayer – Bavariya 2:6
Qol: Bender, 16. Beyli, 72 – Levandovski, 3; 9. Müller, 52; 64; 79. Alkantara, 61.
18 aprel
Şalke – Ayntraxt 0:1
Qol: Yoviç, 75.