Dünya futbolu
“Qalatasaray”ı finala buraxmadılar – VİDEO
Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin …
Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Super Liqanın lideri “Qalatasaray” doğma meydanda “Akhisar”la qarşılaşıb. İlk oyunda səfərdə 2:1 hesabıyla qalib gələn İstanbul nəhəngi bu dəfə 2 cavabsız qolla uduzaraq gözlənilmədən kubokda mübarizəni dayandırıb.
Digər finalçının adına “Fənərbaxça” – “Beşiktaş” matçında aydınlıq gələcək. Bu komandaların ilk oyununda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
Türkiyə Kuboku
Yarımfinalın cavab oyunları
18 aprel
Qalatasaray – Akhisar 0:2 (ilk oyun 2:1)
Qol: Seleznyov, 4; 35.
19 aprel
21:30. Fənərbaxça – Beşiktaş (2:2)