Dünya futbolu
Eddi İsrafilov oynamadı, komandası xal itirdi
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 36-cı turu…
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 36-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Eddi bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvünun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.
“Alkorkon" geridə qalan turlarda 43 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza