Ölkə futbolu
“Qəbələ” çempion oldu
“Qəbələ” Futbol Akademiyası 2017/18 mövsüm&u…
“Qəbələ” Futbol Akademiyası 2017/18 mövsümündə 2-ci titulunu qazanıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən klubun 16 yaşadək futbolçulardan ibarət komandası AFFA-nın təşkil etdiyi U-16 Liqasının çempionu olub. “Qırmızı-qaralar” qızıl medalları 29-cu turda rəsmiləşdirib. Evdə “Qarabağ”a 3:1 hesabı ilə qalib gələn “Qəbələ” turnirin sonuna 4 tur qalmış çempionluğu təmin edib. Keçirdiyi 26 matçda 20 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olan komanda 69 qol vurub, 18-ni buraxıb. 64 xala malik “Qəbələ” ən yaxın izləyicisi “Vətən”i 14 xal qabaqlayır.
Bu, “Qəbələ”nin U-16 Liqasında 5-ci zəfəridi. Sözügedən komanda 2012/13, 2013/14, 2015/16 və 2016/17 mövsümlərində də çempionluq sevinci yaşayıb. 2011/12 və 2014/15 mövsümlərində isə “qırmızı-qaralar” gümüş medala yiyələnib.
Xatırladaq ki, “Qəbələ” U-17 Liqasının da sonuna 4 tur qalmış çempionluğu təmin edib.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu