Dünya futbolu
“Fənərbaxça” 3 xalı 4 qolla qazandı
Futbol üzrə Türkiyə Super Liqasında 31-ci turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş baş tutub.
Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Gənclərbirliyi” “Sivasspor”un qonağı olub və məğlubiyyətlə üzləşib.
Çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” səfərdə “Kasımpaşa” ilə qarşılaşıb. İstanbul nəhəngi darmadağınla qalib gəlib.
“Trabzonspor” da səfərdə “Antalyaspor”dan üstün olub.
Türkiyə Super Liqası
31-ci tur
27 aprel
Göztəpə – Karabükspor 5:0
Qol: Nqando, 11; 45. Gilas, 64; 77. D.Ba, 80.
28 aprel
Kayserispor – Alanyaspor 1:2
Qol: Boldrin, 77 – E.Karaca, 46. Duqlas, 86-pen.
Sivasspor – Gənclərbirliyi 1:0
Qol: H.Arslan, 19.
Antalyaspor – Trabzonspor 1:2
Qol: E.Güral, 6 – B.Yılmaz, 40-pen. Y.Yazıçı, 62.
Kasımpaşa – Fənərbaxça 1:4
Qol: Şkrtel, 52-avtoqol – Souza, 31. Ş.Özbayraklı, 64. Valbuena, 74. Yanssen, 90.
29 aprel
14:30 Yeni Malatyaspor – Akhisar
17:00 Osmanlıspor – Başakşəhər
20:00 Qalatasaray – Beşiktaş
30 aprel
21:00 Bursaspor – Konyaspor