Ölkə futbolu
“Kəpəz” hazırlığı başa vurdu: “Sumqayıt”la oyuna 3 itki ilə
Topaz Premyer Liqasının 26-cı turunda Gəncədə “Sumqayıt&r…
Topaz Premyer Liqasının 26-cı turunda Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu gün keçirdiyi son məşqlə çalışmaları başa vurub.
Futbolinfo.az xəbər verir ki, oyunla bağlı əsas hazırlığı doğma meydanda keçirən “sarı-göylər”in məşq prosesi təxminən 50 dəqiqə çəkib. Futbolçular məşqçilər korpusunun təlimatlarına uyğun formada çalışıblar. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, Gəncə klubu oyuna itkilərlə çıxacaq. Zədəli olduqlarından Dedimar Ferreyra, Diqeo Souza və Şadon Vinçester sabahkı görüşdə iştirak edə bilməyəcək. Cəza müddətini başa vuran Şəhriyar Əliyev isə yenidən əsas heyətdə şans qazana bilər.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”