Dünya futbolu
“Beşiktaş” yarıda qalmış oyuna çıxmadı
Futbol üzrə Türkiyə Kubokunun yarımfinal mərhələsi &cc…
Futbol üzrə Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Beşiktaş” və “Fənərbaxça” arasında baş tutan və yarıda qalan cavab qarşılaşması baş tutmayıb.
Futbolinfo.az xəbər verir ki, oyunun mayın 3-də qaldığı yerdən (57-ci dəqiqə) davam etdirilməsi gözlənilirdi. Lakin “Beşiktaş” klubu öncədən də bəyan etdiyi kimi, bu görüşə çıxmaqdan imtina edib. “Fənərbaxça” futbolçuları doğma meydanda isinmə hərəkətləri edib, meydana çıxıb rəqibi gözləsə də, qonaq komanda oyuna gəlmədiyindən, baş hakim Mete Kalkavan matçın protokoluna yenə yekun nəticəni qeyd edə bilməyib.
Artıq bu oyunla bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək. Böyük ehtimalla “Beşiktaş”a texniki məğlubiyyət veriləcək və “Fənərbaxça” finala yüksələcək. Bu komandalar arasındakı ilk oyunda 2:2 hesabı qeydə alınmışdı. Cavab görüşündə isə matç dayanana qədər hesab açılmamışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib