Dünya futbolu
Sabiq “Qəbələ”li “Lokomotiv”i Rusiya çempionu etdi
Futbol üzrə Rusiya Premyer Liqasında 2017/18 mövsüm&u…
Futbol üzrə Rusiya Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Moskva “Lokomotiv”i sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Paytaxt təmsilçisi 29-cu tur çərçivəsində doğma meydanda qarşılaşdığı “Zenit”lə qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılaraq, rəqibləri üçün əlçatmaz olub. 60 xalla birinci olan “Lokomotiv” ən yaxın izləyicisi Moskva “Spartak”ını 4 xal qabaqlayır.
Qeyd edək ki, bu, “dəmiryolçular”ın tarixi ərzində üçüncü çempionluğudu. Paytaxt klubu daha öncə 2002 və 2004-cü illərdə Rusiya çempionu olmuşdu.
Sonda onu da xatırladaq ki, “Lokomotiv”i vaxtilə “Qəbələ”nin də baş məşqçisi işləmiş Yuri Syomin çalışdırır.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”