Dünya futbolu
Premyer Liqanı tərk edən ilk klub – 10 il sonra
Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ilk k…
Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ilk komandanın adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, “Stok Siti” mövsümün sonuna 1 tur qalmış elita ilə vidalaşıb. Sözügedən komanda 37-ci tur çərçivəsində doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. Lakin bu oyundakı 1:2 hesablı məğlubiyyət “Stok Siti”ni 10 ildir mübarizə apardığı Premyer Liqanı tərk etmək məcburiyyətində qoyub.
Sözügedən klub sona bir tur qalmış 30 xalla 20 iştirakçı arasında sonuncudu. 31 xalla 19-cu sırada yer alan “Vest Bromviç”lə 33 xalı olan və 18-ci pillədə qərarlaşmış “Suonsi Siti”nin isə hələ elitada qalmaq şansı var.