Dünya futbolu
Mahmudov oynadı, “Ayntraxt” uduzdu
Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər…
Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, frankfurtlular 26-cı tur çərçivəsində doğma meydanda “Haydenhaym”la qarşılaşıblar. Matç “Ayntraxt”ın məğlubiyyəti ilə başa çatıb – 2:3.
“Ayntraxt”dan intizamsızlığına görə kənarlaşdırılan Renat Dadaşov artıq komandasına kömək etmir. Frankfurt klubunda çıxış edən digər futbolçumuz Murad Mahmudov isə bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb.
Keçirdiyi 26 matçdan sonra aktivində 27 xal olan “Ayntraxt” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…