Dünya futbolu
Ayaz Quliyevsiz “Rostov” “Spartak”a uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları ke&c…
Futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Ayaz bu görüşün iştirakçısı olmayıb. Onun adı “18-liy”ə də daxil edilməyib. Bu da çox güman ki, Quliyevin müqavilə ilə məhz “Spartak”a məxsus olmasından qaynaqlanır.
“Rostov” geridə qalan turlarda topladığı 34 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”