Milli komanda
Millimizin baş məşqçisi Macarıstana məğlubiyyəti şərh etdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının …
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Macarıstan yığması ilə oyunla bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, o, komandamızın 0:1 hesablı məğlubiyyətini belə şərh edib:
“Turnirdə çox güclü komandalar iştirak edir. Yeganə mənfi tərəfi oyunların hər gün keçirilməsidi. İstirahətə və bərpa keçməyə zaman qalmayacaq. Oyuna gəlincə, təəssüf ki, çox qol vəziyyətləri yaratmağımıza baxmayaraq, qələbə qazana bilmədik. Rəqib cərimə zərbəsindən sonra qol vurdu və bunun sayəsində qələbə qazandı. Amma futbolçularımızda istəyin olması sevindirici haldı. Növbəti oyunlarda xarakter nümayiş etdirib daha yaxşı oyun sərgiləcəyimizə və müsbət nəticə qazanacağımıza inanıram. Həmçinin, çalışıb ustalıq səviyyəmizi də artırmalıyıq”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”