Bizi izləyin

Ölkə futbolu

Tərlan Əhmədovun gedişinə “like”

Kamran Quliyevin sosial şəbəkədəki məlum “like”ı id…

blank
Kamran Quliyevin sosial şəbəkədəki məlum “like”ı idarəçiyə yaraşmayan davranışdı. “Neftçi”  kimi klubun prezidenti özünü ifşa edəcək qədər məsuliyyətsiz olmamalıdı.
 
Quliyevi danışdırsaz – təbii ki, onu uzun müddət tapmaq olmayacaq – , belə bir şeyin mümkün olmadığını, xəbərsiz olduğunu deyəcək. Amma təkziblərə inanmayın, həmin profilin sahibi həqiqətən Kamran bəydi. Daim izlədiyim üçün kiçik şübhəm yoxdu, inadırmağa, aldatmağa çalışmasın. Bəhanələrini də qəbul etmirəm.
 
Xatırladaq ki, "Neftçi”nin azarkeş səhifələrindən biri "Feysbuk”da "Tərlan Əhmədov getsin, ya qalsın” sualı ilə sorğu keçirib. Sorğuda iştirak edən Kamran Quliyev baş məşqçinin getməli olduğunu düşünür və bunu "getsin” cavabına səs verməklə göstərib. Prezidentin bu qədər sadə səhvlə özünü “tutdurması” təəssüf doğurur, lakin bu insan mətbuatda demədiyini bir “like” ilə büruzə verib.
 
Bu, peşəkar klubun prezidentinin qeyri-peşəkar, məsuliyyətsiz hərəkətidi. Mövsümün bitiminə 2 tur qalarkən və “Neftçi” Avropa Liqasına vəsiqəyə bu qədər yaxın ikən atılan bu addım komanda üzərində təzyiq yaradır. Lakin klub rəhbərliyi onsuz da bu təzyiqlərə hazırdı və məşqçiyə güvənmədiyindən futbolçu heyətinin idarəçiliyinə də özləri ciddi şəkildə qoşulub. Bu səbəbdən informasiyanın bakılıları relsdən çıxaracağını düşünmürük.
 
Quliyev bir neçə gün öncə “Tərlan Əhmədovun arxasındayıq” deməklə klubdaxili birliyə cəhd etmişdi. Düzdü, süni danışdığı hiss olunurdu, amma kollektivi yumruq kimi birləşdirmək üçün lazım olan davranışı sərgilədi. Nəticədə Əhmədov da “Qarabağ”ı yenməklə dəstəyə adekvat cavab verdi.
 
Lakin “like” olayı da göstərir ki, Kamran bəy məşqçinin hətta yanında da deyil, qarşısındadı. Sadəcə, mövsümü yola vermək və nəticədən asılı olmayaraq, məşqçiylə vidalaşmaq niyyətindədi. Bitən müqavilə heç bir halda uzadılmayacaq. Hətta Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin dəstəyi də yetərli olmayacaq və Əhmədov yayda başqa iş axtarmalı olacaq.
 
Tərlan bəy Quliyevin təmsil olunduğu qrupun kadrlarından deyil və onunla yola davam etmək mümkünsüzdü. Bu, bir məbəddə 2 fərqli dinə məxsus insanın ibadət etməsi kimi bir şeydi. Hazırda məbəd sahibi Kamran bəy olduğundan, məkandan ayrılmaq Əhmədovun alın yazısıdı.
 
Mətbuatda, sosial şəbəkələrdə Tərlan bəyin təbliğatı başlayıb. Onun “Neftçi”ni böhrandan çıxarıb, avrokubok zonasına salması tutarlı fakt kimi göstərilir. Həqiqətdi, nəticələr yaxşılaşıb, lakin bu, təkcə məşqçinin əməyidimi? Əsla! Sabit maliyyə, rəhbər dəyişikliyindən sonra klubdaxili ab-havanın qaydasına düşməsi uğurun başlıca sirridi. Çempionatdakı rəqabətsizlik fonunda bu amillər ən vacib detallardı.
 
Ölkədə ikinci ən böyük büdcəyə malik klub üçün indi 4-cü pillədə olmaq uğur sayıla bilməz. Və bu maliyyə də, Əhmədov da daha əvvəl də var idi. Lakin nəticə klubdakı islahatlardan sonra gəldi. Üstəlik, “Zirə”nin gözlənilməz çöküşü “Neftçi”ni ön plana çıxardı. Yoxsa ki Əhmədov büdcəsi 5 dəfə az olan Samir Abasovun komandası ilə də rəqabət apara bilmir.
 
Kuboku məhz məşqçi səhvləri üzündən əldən verən (bunu Əhmədov da etiraf edib – müəl.), Yuri Maksimovdan futbol dərsi alan komandanın çalışdırıcısı 4-cü pilləyə yüksəlməyi öz adına çıxmamalıdı. Uğurda müəyyən rolu var, lakin Tərlan bəy hələ “Neftçi” kimi klubun başında olmağa layiq biri deyil. Ramin Musayev əlini çəkən kimi onun hansı vəziyyətə düşdüyü gözümüz önündədi. İndi onun dəstəyi ilə nəsə qazanıbsa, bunu bacarığına bağlamasın.
 
Əhmədovun ən böyük mənfi cəhəti xarakteridi. Üzərində işləsə, bəlkə də yaxşı məşqçi olar, savadsız deyil. Ölkənin ən yaxşı futbolçularından, millinin kapitanı olub. Futbolda sıradan biri deyil, zəhmətkeşdi. Lakin məhz xarakteri onu gözdən salır.
 
Məlum, başucalığı gətirməyən Antalya gündəliyini açmayaq, təkcə qış transferlərində tutduğu mövqe onun kim olduğunu aydın göstərir. Postunda qalması naminə köhnə rəhbərliyin bütün əmrlərinə “baş üstə” dedi, hamisi Musayevə də arxa çevirdi. Lazımsız, səviyyəsizliyi göz önündə olan transferlərə razılıq verdi və indi onlar klubun büdcəsini yeməklə məşğuldular. Və bu futbolçuların komandanın nəticələrinin yaxşılaşmasında zərrə qədər də rolu yoxdur.
 
Tərlan bəy heyətdəki yerli oyunçuları itirməklə də kluba zərbə vurdu. İndi başqa komandalarda normal oynayan bir çox oyunçular Qomesdən, Qatodan, Kampasdan daha ucuz, daha səviyyəlidi.  Və komandanı 4-cü yerə gətirənlərin heç biri onun transferləri deyil. Məşqçinin şəxsi istəyi ilə gətirilən İlkin Qırtımov, Rəşad Sadiqov, sabiq rəhbərliyin təkidi ilə yüksək maaşa heyətdə saxlanılan Elnur Cəfərov “Qarabağ”la matçda ehtiyatda oturmuşdu. Qomes, Kampas, Qato kimi…
 
Klubun akademiyası məhv edilib. Əvvəlki məşqçilər qovulub, Əhmədovun istədiyi məşqçilər gətirilib və burada vəziyyət faciəvidi. Təkcə əvəzedici komandanın 7-ci pillədə olması faktı hər şeyi deyir. Tərlan bəyin gətirdiyi sıradan, “Neftçi”yə layiq olmayan “mütəxəssislər”in yaratdığı xaos akademiyanı iflic vəziyyətinə salıb. Bu səbəbdən yayda bu sahədə çox ciddi islahatlar aparılacaq.
 
Bütün bu faktlar öz yerində, Əhmədov mətbuatla işləmək “bacarığı” ilə də özünü qovdurur. Klubdan müxtəlif informasiyalar sızdırılır, rəhbərliyin ona mane olması ilə bağlı məlumatlar mətbuata çıxır. Bəzilərini özü, bəzilərini şəxsi kanalları vasitəsi ilə çatdırır. Bu isə onun rəhbərliyə üsyan etməsinin nümunəsidi.
 
Ötən həftə “Neftçi”də klubdaxili iclas olması haqda xəbər yayıldı. Klubun idman direktoru Ceyhun Sultanov “Qarabağ”la keçiriləcək oyunöncəsi bütün futbolçuları yığıb iclas keçirmişdi. İnformasiya dəqiq idi. Bu, Sultanovun, ümumiyyətlə, rəhbərliyin ciddi səhvi idi, Əhmədova da əla bəhanə vermişdi. Tərlan bəy “Qarabağ”la oyunda uğurlu nəticəyə ümid etmədiyindən olayı ictimailəşdirdi, mətbuat konfransında da faktı təsdiqlədi.
 
Lakin zaman göstərdi ki, məhz bu iclasa ehtiyac var imiş. Və onun Əhmədovsuz təşkil edilməsi məşqçi ilə işbirliyinin davam etdirilməyəcəyinə işarədi. Tərlan bəy bu informasiyanı yaymaqdansa, gizlətməli, vacib matçöncəsi komandanı qorumalı idi. O isə fərqli yolu seçdi. Elə bu fakt rəhbərliklə onun arasındakı münasibətlərin qırılma nöqtəsidi. Hətta bürünc medallar da onu xilas etməyəcək.
 
Quliyev belə davranışdan sonra Əhmədovun gedişinə “like” qoymasın, neyləsin? "Neftçi"nin daha dürüst, daha səmimi, daha xarakterli, dedi-qodunu yox, peşəkarlığı ön planda tutan daha yaxşı məşqçiyə ehtiyacı var.
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm