Əvəzedicilər
AFFA “Zirə”, “Sumqayıt” və “Kəpəz”i cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Səbail” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
“Kəpəz” – “Sumqayıt” matçının 13-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Məmmədli Məhərrəm sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
Oyunun 73-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Elcan Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.