Dünya futbolu
ÇL-in finalını və DÇ-ni buraxacaq – “Liverpul”da ciddi itki
İngiltərənin “Liverpul” klubu daha bir ciddi itki ilə …
İngiltərənin “Liverpul” klubu daha bir ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, komandanın gənc müdafiəçisi Co Qomes uzun müddətə sıradan çıxıb. Topuğundan əməliyyat olunan futbolçu buna görə komandasının UEFA Çempionlar Liqasının finalında “Real”la oyununu da buraxacaq.
20 yaşlı müdafiəçi nəinki bu mövsümün qalan hissəsində, hətta qarşıdakı dünya çempionatında da meydana çıxmayacaq.
Qeyd edək ki, Qomes həm də İngiltərə yığmasının üzvüdü.