Bizi izləyin

Ölkə futbolu

Lisenziya tələbi, yoxsa süni əngəl?

AFFA İcraiyyə Komitəsinin iclası yaxınlaşdıqca divizion klublar…

blank
AFFA İcraiyyə Komitəsinin iclası yaxınlaşdıqca divizion klublarının rəhbərlərinin ürək döyüntüləri şiddətlənir. Mövsüm ərzində görülməyən işlər indi “çatışmazlıq”, “qüsur” adlarıyla çatı olub, keçib onların boynuna.
 
Hamı güzəşt gözləyir, AFFA-ya minnətçi düşür və gizli danışıq aparır, özünü tapşırtdırır. “Kəpəz”in Premyer Liqadan düşüşü reqlamentin tələbidi, lakin gəncəlilərin məsələsi daha yüksək səviyyədə həll olunur. Komandanın qalması sifariş edilib, AFFA da Gəncə stadionunda ciddi təmir işləri apardığından “maya”nın batmaması üçün “Kəpəz”i elitada saxlamaqda maraqlıdı.
 
Divizionun iddialı klubları da gözünü “Kəpəz”in yerinə dikməyib. Bölgə futbolu bəhanəsi ilə Gəncə klubunun elitada saxlanılacağını bildiklərindən, hamı 10 komandalı çempionat arzusundadı. Hə, bu baxımdan vəziyyət yaxşı deyil. Az və ya çox – amma bütün klublarda qüsurlar, çatışmazlıqlar var. İndi onların yoluna qoyulması üçün son cəhdlər edilir.
 
AFFA Lisenziyalaşdırma qrupunun müvəqqəti rəhbəri Sərxan Hacıyev dünən apasport.az saytına açıqlamasında elə bu məqamdan danışıb: “Premyer Liqada iştirak üçün lisenziya almaq istəyən I divizion klublarının sənədləri hələ də qaydasında deyil. Klubların hamısına demişik ki, çatışmazlıqları aradan qaldırın, lazım olan sənədləri gətirin. Hazırda həmin sənədləri qaydasına salıb, bizə təqdim etmələrini gözləyirik. Lisenziya üçün müraciət edən komandaların hamısında çatışmazlıqlar var. Konkret sənədləri demək istəmirəm. Məsələn, birində maliyyə, birində uşaq-gənclər futbolu ilə bağlı strateji inkişaf planı yoxdu. A və B meyarlı sənədlər var. A meyarlı sənədlərdə çatışmazlıq yarandıqda, klublara lisenziya verilməyə bilər. Ancaq B meyarındakı problem Premyer Liqada iştiraka mane olmur. Müraciət edənlərin isə hamısında A meyarı ilə bağlı çatışmazlıq mövcuddu”.
 
Lisenziyalaşdırma qrupunun rəhbəri AFFA İcraiyyə Komitəsinin mayın 11-də keçiriləcək iclasında bu məsələ ilə bağlı konkret qərarın verilməyəcəyini istisna etməyib: “Həmin gün İcraiyyə Komitəsinə lisenziyalaşdırma ilə bağlı məlumat veriləcək. Ola bilsin ki, növbəti mövsümün formatı, klubların sayı barədə qərar qəbul edilsin və ya lisenziyalaşdırma ilə bağlı qlobal bir qərar verilməsin. Çempionatda neçə komandanın iştirak edəcəyi ilə bağlı hələlik rəsmi məlumat yoxdu. Mayın ortalarında Lisenziyalaşdırma Komissiyasının iclası keçiriləcək və yekun qərar o zaman veriləcək. Biz isə həmin vaxta qədər yığılan bütün sənədləri komissiyaya təqdim edəcəyik”.
 
Təbii ki, İK hansı klubların çempionata buraxılmasına qərar verə bilməz. Üzvlər çatışmazlıqların həll ediləbilmə perspektivinə baxıb, yeni mövsümün reqlamentini müzakirə edəcək. Mümkün güzəştlər sabah ciddi problemə səbəb olmayacaqsa, say artımı mümkündü. Amma o sayı kim təmin edəcək? Bax, bu, artıq komitənin iclasından sonrakı prosesdi.
 
Hacıyev açıqlamasında reallığı deyib. Lakin elə bu fakt da AFFA-nı tənqid hədəfinə gətirir. Klubların əksəriyyəti birbaşa assosiasiyadan maliyyələşir. Nəticədə onların da sənədləri qaydasında deyil. O zaman perspektivi olmayan bu komandaları qidalandırmağın səbəbi nədi? Onlar böyüməyəcəksə, peşəkarlaşmayacaqsa,adi lisenziya tələblərini yerinə yetirməyəcəksə, dövlətin milyonları niyə havaya sovrulur? Perspektivi olmayan layihəyə pul qoymaq ağılsızlıq deyilmi? Son 3 ildə heç bir komanda elitaya yüksəlməyib, SOCAR-ın milyonlar xərclədiyi “Neftçala”, “Turan” imtahandan kəsilibsə, yenidən eyni xəttlə pul dağıtmağın mənası nədir? Yoxsa bu şəkildə pul silmək daha rahatdı?
 
Baş katib Elxan Məmmədovun son açıqlamasına diqqət edək: “Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdı. UEFA-nın bununla bağlı sərt qərarları var. Bu qərarları da AFFA-nın sisteminə daxil etdik. 10 klub tərəfindən bütün sənədlər verildi. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Lakin bəziləri yenə bu məsələyə qeyri-peşəkar yanaşdılar. Onların adını çəkməyim qeyri-etik olar. Ancaq klubların qeyri-peşəkar yanaşmanı davam etdirmələri məni məyus edir. I Divizion əslində gələcəyi göstərir. İlk addımlar belə qeyri-peşəkar atılırsa, o zaman biz risk edə bilmərik. Keçmiş təcrübə göstərir ki, bəzi klublara güzəşt edildi. Bu da Premyer Liqada komandaların sayının çox olması üçün idi. Lakin elə də müsbət təsir vermədi. Mövsümün gedişində bəziləri fəaliyyətini dayandırdı, bəzilərinin maliyyə problemləri oldu. Çempionat 8 komanda ilə başlayırsa, bu sayla da bitməlidi. Bu, bizim üçün ən vacibdi. Digər tərəfdən, maliyyə şəffaflığı təmin olunmalıdı. Üçüncüsü isə idman meyarıdı. İnfrastrukturla bağlı həmişə bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında stadionlar mövcuddu və həmin klubları təmin edə bilərik”.
 
Məmmədov bununla “Araz Naxçıvan”a və yarışdan yarımçıq qaçan bu komandanın gəlişinə razılıq vermiş öz rəhbərinə papaq atır. Adam haqlıdı, həqiqətən də bəzi klubların elitaya buraxılmasının ciddi fəsadları ola bilər. Bununla belə, kiçik çatımazlıqları olanlara da maksimum yardım etmək lazımdı. Ən kiçik tələbləri yerinə yetirməməsinə baxmayaraq, illərdi milyonlar xərclənən “Qaradağ Lökbatan”a yox, “Xəzər”, “Şüvəlan” kimi maksimuma cəhd edənlərə.
 
“Xəzər” debüt ilindəcə çempion oldu, bölgəyə köçməyə razılıq verib, ən əsası da müstəqil adamların, futbola pul yatırmaq istəyən biznesmenlərin uğurlu layihəsidi. “Şüvəlan” isə əla bazaya malikdi və bir sıra üstünlükləri var. Bu komandalara dəstək olmaq AFFA-nı utandırmaz. Bukmeker kontorlarının ağuşunda yatan, eyni zamanda AFFA-dan maliyyələşən “Ağsu”, “Turan Tovuz” kimi klublardansa, müstəqil maliyyələşən belə komandalara dəstək vermək vacibdi.
 
Əslində, “Xəzər”lə “Şüvəlan”ın da ciddi problemi olmazdı. Klubların çıxılmaz vəziyyətdə qalmasının bir səbəbi də lisenziya şərtlərinin həddən artıq ağır olmasıdı. Divizion klublarının qarşısına sanki Çempionlar Liqasının tələbləri qoyulub. Maliyyə təminatı, infrastrikturla bağlı tələblər hər yerdə var – bəlkə də bizdəki qədər sərt deyil, amma vacibdi.
 
Elxan bəyin əlində bayraq etdiyi UEFA tələbləri ilə bizdəki tələblər arasında ciddi fərq var. Qitə futbol qurumu cəmi 4 uşaq komandasının saxlanılmasını vacib bilir, onlardan da üçünün yarışlarda iştirakını lazımlı sayır. 15-21 yaşlılardan ibarət 2, 10-14 yaşlılardan ibarət 1 komanda mövsümi yarışlara qatılmalıdısa, 10 yaşadək 1 kollektiv də mövcud olmalıdı. AFFA isə elə İcraiyyə Komitəsində qərar verib ki, bütün klublarımız 9 komanda saxlamalıdı. Bu, klub büdcəsinə əhəmiyyətli zərbədi və onları təşkil etmək çox çətindi. Bəli, elita klublarımız bu tələbə əməl edir. Lakin məcburi tələb olduğundan, hamısı işə barmaqarası yanaşır, say düzəldir və keyfiyyəti düşünmür. Bu səbəbdən uşaq futbolunda biabırçı mənzərə yaranıb.
 
Gürcüstanda 3, Belarusda 4, Türkiyədə 5 uşaq liqası var. Bunlar yalnız nümunələrdi, əslində, əksəriyyətdə belə vəziyyətdi. UEFA Nizamnaməsinin 18-ci bəndində tələb olunandan artığını etmək məcburi olmamalıdı, lakin AFFA İcraiyyə Komitəsi baş katibin ssenarisi ilə kəmiyyəti yox, keyfiyyəti düşünüb və klubları iflic edir. Sonda isə əksəriyyət lisenziya şərtlərini yerinə yetirmir və Premyer Liqa Məmmdəovun monopoliyasında olan klubların ümidinə qalır.
 
İK cümə iclasında bu məsələyə də diqqət yetirməlidi. AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxışında iş adamlarının klublara maliyyə ayırmamasına münasibət bildirərkən “Gəldilər, qoymadıq?” deyə ironiya etmişdi. İndi gəliblər, amma AFFA yenə onları yaxın buraxmır – ya hansısa süni əngəllə, ya da mənasız lisenziya tələbləri ilə.
 
AĞA
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-17 11:47

Çempiona yaraşmayan məğlubiyyət

blank
AÇ-20242024-05-17 11:30

Fransa millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-17 11:12

Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”

blank
Dünya futbolu2024-05-17 10:58

2027-ci ildə dünya çempionatı Braziliyada olacaq

blank
Premyer-liqa2024-05-17 10:41

“Qarabağ” “Turan Tovuz”a qarşı

blank
Ölkə futbolu2024-05-17 10:32

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

blank
Ölkə futbolu2024-05-17 10:17

“Səbail”in 5 illik həsrəti

blank
Digər2024-05-17 10:00

MİSLİ ilə qazan!

blank
Ölkə futbolu2024-05-17 09:41

AEK klublarımızın potensial rəqibləri sırasında

blank
Dünya futbolu2024-05-17 09:24

Musanın komandasından darmadağın

blank
Ölkə futbolu2024-05-17 09:07

“Azərbaycanlı futbolçuların Türkiyədə oynamaları yaxşı haldır”

blank
Dünya futbolu2024-05-17 08:49

Təbriz klubu İran kubokunda mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-05-17 08:32

Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək

blank
Dünya futbolu2024-05-17 08:15

“İnter”in əfsanəsi “Spartak”ın baş məşqçisi təyin olundu

blank
I Liqa2024-05-17 08:00

“Şamaxı”… Qayıdır axı…

blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Premyer-liqa2024-05-16 19:18

“Turan Tovuz”un şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-05-16 19:00

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

blank
Ölkə futbolu2024-05-16 18:46

“Turan Tovuz”un məşqçi və rəsmilərinin Niderland səfəri başa çatıb

blank
AÇ-20242024-05-16 18:30

Almaniya millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-16 18:11

“Sevilya” rekordçusu ilə yolları ayıracaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm