Ölkə futbolu
Gümüş medalların taleyi bu oyunda müəyyənləşə bilər
Futzal üzrə Yüksək Liqada 22-ci turdan təxirə salınmı?…
Futzal üzrə Yüksək Liqada 22-ci turdan təxirə salınmış bir oyun keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, ötən oyunda “Neftçi”ni məğlub edərək dördüncü pilləni təmin edən “İtaldizain Futsal” EKOL-a yenilən “Marafon Futsal”la qarşılaşacaq. Mayın 11-də, saat 14:00-da “Olimpik Star”da keçiriləcək oyunda “Marafon Futsal” qələbə qazanacağı təqdirdə son turun oyunlarının nəticəsindən asılı olmayaraq, gümüş medalları təmin edəcək.