Dünya futbolu
Komandası finalda uduzan kapitana elə bir jest etdilər ki…
Futbol üzrə Fransa Kubokunun PSJ ilə “Le Erbye” ara…
Futbol üzrə Fransa Kubokunun PSJ ilə “Le Erbye” arasında baş tutan final oyunundan sonra maraqlı hadisə baş verib.
Futbolinfo.az xəbər verir ki, heç kimin gözləmədiyi halda finala qədər yüksələn Fransanın üçüncü liqa təmsilçisi “Le Erbye” yalnız həlledici oyunda ölkənin ən nəhəng klubu ilə dueldə sürpriz edə bilməyib. 2:0 hesabıyla qalib gələn Paris klubu tarixində 12-ci dəfə Fransa Kubokunun başı üzərinə qaldırıb.
Lakin PSJ futbolçuları mükafatlandırma mərasimində maraqlı jest ediblər. Belə ki, parislilər hamını təəccübləndirməyi bacaran “Le Erbye”nin kapitanı Sebastyan Floşonun da kuboku başı üzərinə qaldırmasına şərait yaradıblar. Floşon PSJ-nin kapitanı Tyaqo Silva ilə birgə kuboku qaldırıb.
Maraq üçün bildirək ki, “Le Erbye”nin illik büdcəsi təxminən 2 milyon avro təşkil edir. Onların finalda mübarizə apardığı PSJ-də isə meydana çıxmış bütün futbolçuların hər birinin ayrılıqda illik qazancı 2 milyon avrodan çoxdur.