Dünya futbolu
“Liverpul” daha bir ciddi itki – ÇL-in finalını buraxacaq
İngiltərənin “Liverpul” klubunun yarımmüdafiə&cc…
İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Əmrə Can UEFA Çempionlar Liqasının “Real”la final oyununu buraxacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Xəbərdə bir müddətdi zədədən əziyyət çəkən türk əsilli almaniyalı futbolçunun ÇL-in finalına kimi hazır olmayacağı qeyd edilib.
Xatırladaq ki, “Liverpul”un daha bir futbolçusu Co Qomes də zədə səbəbindən “Real”la həlledici matçı buraxmalı olacaq.
“Liverpul” – “Real” qarşılaşması mayın 26-da, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.