Dünya futbolu
“Yuventus” “Milan”ı 4 qolla yenib, kubok qazandı – VİDEO
Futbol üzrə İtaliya Kubokunun final oyunu keçirilib.
…
Futbol üzrə İtaliya Kubokunun final oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda “Yuventus”la “Milan” klubları qarşılaşıb.
Turin təmsilçisi bu görüşdə darmadağınla qalib gəlib. Nəticədə, A Seriyasında da qalib olmağa yaxın olan “Yuventus” “qızıl dubl”a imza atmaq üçün əla şans əldə edib.
Qeyd edək ki, bu, “qoca sinyora”nın tarixində 13-cü belə uğurdu. “Yuventus”dan sonra İtaliya Kubokunu ən çox qazanan klub “Roma”dı – 9 dəfə.
İtaliya Kuboku
Final
9 may
Yuventus – Milan 4:0
Qol: Benatya, 56; 64. D.Kosta, 61; Kaliniç, 76-avtoqol.