Dünya futbolu
Arda Turana 16 oyunluq cəza
Türkiyə Peşəkar Futbol İntizam Komitəsi Super Liqanın 32-ci…
Türkiyə Peşəkar Futbol İntizam Komitəsi Super Liqanın 32-ci turunun “Sivasspor”la ev oyununda (1:1) qırmızı vərəqə alan “Başakşəhər”in futbolçusu Arda Turana ağır cəza verib.
Futbolinfo.az xəbər verir ki, Türkiyə millisinin üzvü 16 oyunluq cəzaya layiq görülüb. 31 yaşlı futbolçu hakimə hücuma görə 10, yan xətt hakimini təhqirə görə 3, əsas hakimi təhdid etdiyinə görə isə daha 3 oyun cəza alıb. Bundan əlavə, Ardaya 39 min türk lirəsi (15600 manat) məbləğində cərimə də kəsilib.
Xatırladaq ki, “Başakşəhər” “Sivasspor”la oyunda matça əlavə olunmuş 2-ci dəqiqədə qol buraxaraq qələbəni əldən qaçırmış və çempionluq uğrunda mübarizədə geri düşmüşdü.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…