Ölkə futbolu
Almeyda “Qarabağ”dan gedir – Qurbanov açıqladı
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiə…
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Riçard Almeyda yayda “Qarabağ”ı tərk edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. 46 yaşlı mütəxəssis bildirib ki, Braziliya əsilli yarımmüdafiəçinin xaricdən cəlbedici təklifləri var:
“Almeydanın müqaviləsi bitir. Onun əla təklifləri var. "Qarabağ"da qalma şansı çox azdı”.
Qurbanov mövsümün sonunda daha bir neçə futbolçunun komandadan ayrılacağını bildirib:
“Pedro Enrike də “Qarabağ”dan ayrılacaq. Daha bir neçə futbolçu “Qarabağ”ı tərk edəcək. Hazırda digər iki legioner Dani Kintana və Ansi Aqolli ilə onların komandada qalması ilə bağlı danışıqlar gedir”.