Dünya futbolu
Bundesliqada mövsümə yekun vuruldu – VİDEOLAR
Bu gün Almaniya Bundesliqasında 2017/18 mövsümün&…
Bu gün Almaniya Bundesliqasında 2017/18 mövsümünün sonuncu – 34-cü turunun görüşləri keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun bütün oyunları eyni saatda başlayıb.
Çempion “Bavariya” mövsümə “Ştutqart”la ev qarşılaşması ilə yekun vurub. Münhen təmsilçisi gözlənilmədən darmadağına üzülüb.
Son turda əsas mübarizə Çempionlar Liqasına vəsiqə uğrunda gedib. Dortmundda ÇL-ə vəsiqəyə iddialı iki komanda – “Borussiya” və “Hoffenhaym” münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşma "Hoffenhaym"ın qələbəsiylə başa çatıb.
Bu iddiada olan “Bayer” isə “Hannover”i qəbul edib. Lakin Leverkuzen təmsilçisi qalib gəlsə də, ÇL-ə vəsiqə əldə edə bilməyib.
Beləliklə, növbəti mövsümdə Almaniyanın ÇL-də çempion "Bavariya" ilə yanaşı, gümüş və bürünc medalları qazanan "Şalke" ilə "Hoffenhaym", eləcə də dördüncü pilləni tutan Dortmund "Borussiya"sı təmsil edəcək.
"Bayer"lə "Leyptsiq" isə Avropa Liqasında mübarizə aparmalı olacaq.
Sonuncu pilləni tutan "Köln", həmçinin "Hamburq" elitanı tərk edib. "Volfsburq"u isə 2-ci Bundesliqadan gələcək komanda ilə pley-off oyunu gözləyir.
Almaniya Bundesliqası
34-cü tur
12 may
Bavariya – Ştutqart 1:4
Qol: Tolisso, 21 – Ginçek, 5; 55. Donis, 42. Akolo, 52.
Frayburq – Auqsburq 2:0
Qol: Hofler, 49. Klayndienst, 65.
Hamburq – Borussiya (Münhenqladbax) 2:1
Qol: Hunt, 11-pen. Holtbi, 63 – Drmiç, 28.
Herta – Leyptsiq 2:6
Qol: İbişeviç, 4. Kalu, 64 – Upamekano, 2. Lukman, 7. Auqustin, 22; 54. Verner, 49. Bruma, 82.
Hoffenhaym – Borussiya (Dortmund) 3:1
Qol: Kramariç, 26. Salay, 63. Kaderabek, 73 – Roys, 58.
Bayer – Hannover 3:2
Qol: Alario, 3; 18. Brandt, 55 – Fullkruq, 89. Harnik, 90.
Maynts – Verder 1:2
Qol: Qbamin, 12 – Kaynts, 23. Selassie, 79.
Şalke – Ayntraxt 1:0
Qol: Burqstaller, 26.
Volfsburq – Köln 4:1
Qol: Coşua, 1. Oriqi, 54. Knoçe, 71. Brekalo, 90 – Hektor, 32.
–
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”