Dünya futbolu
Əsgərovun komandası 15 cavabsız qolla vahid lider oldu
Futbol üzrə Latviya Birinci Liqasında 4-cü turun oyunları…
Futbol üzrə Latviya Birinci Liqasında 4-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Balvu Sporta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 15:0.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının bir qolunu da məhz Əsgərov vurub. O, 66-cı dəqiqədə penaltidən fərqlənib. Bununla da Vüqar cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.
“Dauqavpils” dörd turdan sonra maksimum – 12 xalla vahid liderdi.