Dünya futbolu
Premyer Liqada mövsüm başa çatdı – VİDEOLAR
Futbol üzrə İngiltərə Premyer Liqasında 2017/18 mövs&uu…
Futbol üzrə İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün baş tutan mövsümün sonuncu – 38-ci turunun qarşılaşmaları eyni saatda başlayıb.
Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Liverpul” evdə “Brayton”la qarşılaşıb və darmadağınla qalib gəlib.
“Qırmızılar”ın ən yaxın izləyicisi “Çelsi” isə “Nyukasl”ın qonağı olub. Böyük hesabla uduzan London klubu ÇL zonasına düşə bilməyib. Bu komanda növbəti mövsüm Avropa Liqasında mübarizə aparacaq.
Çempion "Mançester Siti" səfərdə "Sauthempton"a qalib gəlib. "Çelsi" kimi, ÇL-ə vəsiqə qazana bilməyən və Avroliqaya vəsiqə qazanan "Arsenal" da səfərdə "Haddersfild"i minimal hesabla üstələyib. "Mançester Yunayted" isə oxşar hesabla evdə "Uotford"a qalib gəlib.
Mövsümün yekunlarına əsasən, çempion MS ilə yanaşı, MY, "Tottenhem" və "Liverpul" növbəti mövsümdə İngiltərəni ÇL-də təmsil edəcək, "Çelsi", "Arsenal" və "Bernli" Avroliqaya vəsiqə qazanıb.
"Suonsi Siti", "Stok Siti" və "Vest Bromviç" klubları isə elitanı tərk ediblər.
İngiltərə Premyer Liqası
38-ci tur
13 may
Vest Hem – Everton 3:1
Qol: Lanzini, 39; 82. Arnautoviç, 63 – Niasse, 74.
Mançester Yunayted – Uotford 1:0
Qol: Reşford, 34.
Kristal Pelas – Vest Bromviç 2:0
Qol: Zaha, 69. Aanholt, 78.
Bernli – Bornmut 1:2
Qol: Vud, 39 – Kinq, 74. Vilson, 90.
Haddersfild – Arsenal 0:1
Qol: Obameyanq, 38.
Liverpul – Brayton 4:0
Qol: Salah, 26. Lovren, 40. Solanke, 53. Robertson, 85.
Nyukasl – Çelsi 3:0
Qol: Qeyl, 23. Peres, 59; 63.
Sauthempton – Mançester Siti 0:1
Qol: Q.Xesus, 90.
Suonsi – Stok Siti 1:2
Qol: Kinq, 14 – Ndiaye, 31. Krauç, 41.
Tottenhem – Lester 5:4
Qol: Keyn, 7; 76. Lamela, 49; 60. Fuks, 53-avtoqol – Vardi, 4; 73. Mahrez, 16. İheanaço, 47.
–
–
–
–
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…