Dünya futbolu
Bundesliqa klubu baş məşqçisiz qaldı
Almaniyanın “Leyptsiq” klubu baş məşqçisiz qal?…
Almaniyanın “Leyptsiq” klubu baş məşqçisiz qalıb.
Futbolinfo.az xəbər verir ki, Ralf Hazenhyüttl Bundesliqa təmsilçisi ilə yollarını ayırmağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, klub rəhbərliyi 50 yaşlı mütəxəssislə yollarını davam etdirməkdə maraqlı olub. Lakin Hazenhyüttl onların qarşısında elə şərtlər qoyub ki, bu da rəhbərliyi qane etməyib. Nəticədə, tərəflər yolları ayırmaq qərarına gəliblər.
Avstriyalı mütəxəssis “Leyptsiq”i 2016-cı ilin yayından çalışdırırdı.