Dünya futbolu
Millimizin hücumçusu mövsümün son matçında da oynamadı
Futbol üzrə Türkiyə Super Liqasında mövsümü…
Futbol üzrə Türkiyə Super Liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də son matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Bursaspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Dəniz bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Gənclərbirliyi” mövsümü 33 xalla 18 iştirakçı arasında 17-ci pillədə başa vurub. Elita ilə vidalaşmalı olan futbolçumuzun komandası növbəti mövsümü TFF 1-ci Liqada keçirəcək.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə