Dünya futbolu
Dmitri Nazarov üçün 73 dəqiqə
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiə&ccedi…
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” Almaniya 2-ci Bundesliqasındakı yerini qorumaq üçün ilk pley-off oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, 18 iştirakçı arasında 16-cı olaraq 2-ci Bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşən Aue klubu 3-cü Bundesliqada 3-cü pilləni tutmaqla üst liqaya yüksəlmək şansı əldə edən “Karlsrue” ilə qarşılaşıb. Futbolçumuzun komandası səfərdə keçirilən ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb.
Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
Bu komandalar arasındakı cavab görüşü mayın 22-də Auedə keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”