Ölkə futbolu
“Bütün oyunlar bizim üçün mövsümün oyunu idi”
“Zirə”nin müdafiəçisi Jozef Bum ü&ccedi…
“Zirə”nin müdafiəçisi Jozef Bum üçün mövsüm bitib. Sarı vərəqə limiti üzündən cəzalı duruma düşən müdafiəçi mövsümün son turunu buraxacaq. Amma onun ürəyi komanda yoldaşlarının yanındadı. “Sumqayıt”la taleyüklü oyunda meydana çıxmasa da, qələbə üçün azarkeşlik edəcək.
Futbolinfo.az saytına müsahibə verən kamerunlu legioner bütün planları məhz bu matçdan sonraya saxlayıb.
– "Sumqayıt"la oyuna hazırsınız?
– Bizim üçün çox vacib və ancaq 3 xalı qazanmağı düşündüyümüz oyundur. Digər qarşılaşmalar kimidir, amma daha vacibdir. Biz bunun üçün çalışacağıq. Ümid edirəm ki, qalib gələcəyik.
– "Zirə" üçün mövsümün oyunudur?
– Bütün oyunlar bizim üçün mövsümün oyunu idi. Digər oyunlarda qalib gəldik, uduzduq. Amma hamısı vacib idi. Bütün matçlar sonda qazanmaq istədiyimiz uğurun tərkib hissəsidir.
– Əgər bu matçda uduzsanız…
– Bu matçda qalib gəlsək – deyə düşünmək lazımdır.
– Qış fasiləsindən sonrakı vəziyyət sizi çətinə saldı…
– Bu, futbolun tərkib hissəsidir. Bəzi çətinliklərlə üzləşdik. Amma futbolda həmişə yaxşı olmur. Bəzən uduza, qələbə qazanmaya bilirsən. Çətin anları geridə qoyduq. İndi sadəcə, uğura köklənmişik.
– Uzun müddət zədəli oldun. "Sumqayıt"la matçı da cəzalı duruma düşdüyün üçün buraxacaqsan. Düşünürsən ki,meydanda olsaydın, vəziyyət fərqli olardı?
– Təəssüf ki, belə oldu. Bu, hər kəsin başına gələ bilərdi.
– "Zirə"də qalacaqsan?
– Əsas "Sumqayıt"la oyunu düşünürük. Bazar günü vacib oyundan sonra hər şey bəlli olacaq. İndi fikrimizi ora cəmləməliyik. Qalan şeylər hələ ki, əhəmiyyətli deyil.
AĞA
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-19 12:27
AFFA Tovuza elə bir hakim göndərib ki…
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq