Dünya futbolu
“Qalatasaray” çempion!
Futbol üzrə Türkiyə Super Liqasında mövsümə ye…
Futbol üzrə Türkiyə Super Liqasında mövsümə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, çempionluğun taleyini həll edən sonuncu – 34-cü turun əsas qarşılaşmaları bu gün baş tutub.
Lider “Qalatasaray” İzmirdə “Göztəpə”nin qonağı olub. “Cim-bom” bu görüşdən ən azı heç-heçə ilə ayrılsa, çempion olacaqdı. Lakin İstanbul nəhəngi istəyinə qələbə ilə nail olub.
“Aslanlar”ın ən yaxın izləyicilərindən “Fənərbaxça” “Konyaspor”u, “Başakşəhər” isə “Kasımpaşa”nı qəbul edib. Hər iki oyunda meydan sahibləri 3:2 hesablı qələbəyə sevinib. Nəticədə, mövsümü eyni xalla (72) başa vuran bu klublardan "Fənərbaxça" gümüş, "Başakşəhər" isə bürünc medallara sahib çıxıb.
Ötən mövsümün qalibi "Beşiktaş" isə evdə "Sivasspor"a böyük hesabla qalib gəlsə də, bu mövsümü dördüncü pillədə başa vurub.
Beləliklə, növbəti mövsümdə Türkiyəni UEFA Çempionlar Liqasında çempion "Qalatasaray"la yanaşı, ikinci pillənin sahibi "Fənərbaxça" təmsil edəcək. "Başakşəhər"lə "Beşiktaş" isə Avropa Liqasında mübarizə aparmalı olacaq.
Son üç pilləni tutan "Osmanlıspor", "Gənclərbirliyi" və "Karabükspor" klubları isə elitanı tərk etmək məcburiyyətində qalıblar.
Türkiyə Super Liqası
34-cü tur
18 may
Trabzonspor – Karabükspor 3:0
Qol: J.Pereyra, 65; 90. Y.Yazıçı, 88.
Gənclərbirliyi – Bursaspor 1:0
Qol: P.Skuletiç, 15.
Yeni Malatyaspor – Kayserispor 3:2
Qol: B.Çağıran, 22. Sapunaru, 38-avtoqol. A.Böyük, 75 – Stoyilkoviç, 81. R.Mendeş, 90.
Alanyaspor – Antalyaspor 3:2
Qol: Duqlas, 37; 69. Villafanes, 61 – Yevtoviç, 12. Dukara, 90.
Akhisarspor – Osmanlıspor 2:1
Qol: H.A.Adıgözəl, 32. M.Çelik, 90 – F.Özcal, 45.
19 may
Başakşəhər – Kasımpaşa 3:2
Qol: Viska, 30. Adebayor, 36; 61 – A.İldiz, 6. Mbaye, 27-pen.
Beşiktaş – Sivasspor 5:1
Qol: Taliska, 30. Larin, 50; 74; 77. Babel, 86 – H.Arslan, 54.
Fənərbaxça – Konyaspor 3:2
Qol: Fernandado, 28. S.Ay, 34-avtoqol. Soldado, 65-pen – Fofana, 70. Yahoviç, 73.
Göztəpə – Qalatasaray 0:1
Qol: Qomis, 66-pen.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza