Dünya futbolu
İsrafilovsuz qələbə
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 40-cı turu…
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 40-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.
Eddi bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Alkorkon" geridə qalan turlarda 48 xal toplayıb və hazırda 22 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.