Ölkə futbolu
“Sumqayıt”da 2 illik yeni müqavilə
“Sumqayıt” klubu 2018/19 mövsümü ü&cc…
“Sumqayıt” klubu 2018/19 mövsümü üçün heyətini müəyyənləşdirmək yolunda çalışmalara başlayıb.
Futbolinfo.az xəbər verir ki, komanda ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi klubla yeni 2 illik sazişə imza atıb.
5 mövsümdü klubun şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə bu komandanın heyətində 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub, 1 qol vurub. Kapitan ümumilikdə isə “Sumqayıt”ın heyətində 131 qarşılaşmada meydana çıxıb.
Xatırladaq ki, Vurğun Hüseynovun “Sumqayıt”da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”