Ölkə futbolu
“Keşlə” ölkə çempionu oldu
Bu gün “Bayıl Arena”da AFFA-nın U-10 Liqasının 20…
Bu gün “Bayıl Arena”da AFFA-nın U-10 Liqasının 2017/18 mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, final oyununda “Qəbələ” və “Keşlə” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən “Keşlə” komandası (4:2) liqanın qalibi olub. Üçüncü yeri “Vətən” komandası tutub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.
U-10 Liqasının bombardiri Lorenzo Mezettero (“Neftçi”) olub. “Qəbələ”dən Ayxan
Əmiraslanlı liqanın ən yaxşı futbolçusu, “Keşlə”dən Elbrus Kərimov ən yaxşı qapıçı seçilib. “Feyr Pley” mükafatına isə “Keşlə”nin oyunçusu Tunar Rzayev layiq görülüb.