Premyer-liqa
Cavid Hüseynov: “Ani qığılcım baş verdi”
“Motivasiya doğrudan da yox idi. Buna baxmayaraq, mövs&uum…
“Motivasiya doğrudan da yox idi. Buna baxmayaraq, mövsümü məğlubiyyətsiz də başa vurmaq olardı. 3 qol şansımız oldu. Birincisini elə mən vurmalı idim. Lakin heç birindən yararlana bilmədik”.
Futbolinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qəbələ"nin kapitanı Cavid Hüseynov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 28-ci tur matçı barədə danışarkən deyib. 30 yaşlı yarımmüdafiəçi oyun zamanı meydandan qovulması və Ağdam komandasının kapitanı Rəşad Sadıqovla kəllə-kəlləyə gəlməsinə də toxunub:
“Yenə də problem yoxdu (gülür). Millidən kənarda qalmaq? Həyatda hər şey mümkündü. Əslində elə bir şey olmamışdı. Həmin epizodda əvvəlcə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi. Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə özünü araya soxursan? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi”.
Hüseynov sonda "Keşlə" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçındakı şanslarına da toxunub: "Qəbələ"nin kuboku qazanma şansları yarıbayarıdı. Final bir oyundan ibarətdi. Gərgin və maraqlı görüş olacaq". (Sportnet)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”