Premyer-liqa
Baqali Dabo: “Çempionluğu seçərdim”
Bu gün başa çatan mövsümdə “Qəbələ&rd…
Bu gün başa çatan mövsümdə “Qəbələ”nin heyətində vurduğu 13 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Baqali Dabo brifinq keçirib.
Futbolinfo.az xəbər verir ki, fransalı hücumçu öncə mövsümü dəyərləndirib:
– Ümumi mövsüm haqqında danışırıqsa, elə oyunlar oldu ki, çox da yaxşı oynamadıq. Mövsümdən əvvəl məqsədimiz ikincilik deyildi. Amma ümumilikdə bu da pis nəticə deyil.
– Gümüş medalla yanaşı, bombardir də olduz. Bu mükafat sizin üçün nə dərəcədə dəyərlidi?
– Mövsümün bombardiri olmuşamsa, bu, təkcə mənim yox, bütün komandanın əməyidi. Çempionluqla bombardirlik arasında seçim etməli olsam, mən çempionluğu seçərdim.
– Vurduğun qollardan hansını fərqləndirərsən?
– "Səbail”ə vurduğum ilk qolu deyərdim.
– "Qəbələ”dəki gələcəyin haqqında nə düşünürsən?
– Hələ ki bilmirəm. Qarşıda bir oyunumuz – kubokun finalı var. Ondan sonra biləcəm. (Komanda)
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…