Dünya futbolu
Eminsiz “Kalmar” yenə məğlub oldu
Futbol üzrə İsveç çempionatında 10-cu turun oyun…
Futbol üzrə İsveç çempionatında 10-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Örebro” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Emin bu görüşdə də meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.
“Kalmar” hazırda 16 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)