Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” dağılmır, təmizlənir

Yay transfer dövrü hay-küylə başladı. Yox, hələlik…

blank
Yay transfer dövrü hay-küylə başladı. Yox, hələlik hansısa ciddi transferdən danışa bilməyəcəyik. Diqqəti çəkən gedənlər, göndərilənlərdi.
 
Əslində, bu proses gözləniləndi. Normal düşüncəli rəhbərliyi olan klublar öncə təmizləmə işi aparır, heyəti lazımsızlardan boşaldır, daha sonra gərək duyulan mövqelərə futbolçu alır. “Qarabağ” əvvəlki mövsümlərdə bəzi səhvlər etmiş, heyəti həddindən artıq yükləmiş, üzdə olan əksər yerli futbolçuları düşərgəyə yığmışdı. Az qala 3 heyətə sahib komanda zaman keçdikcə bu addımın israfa səbəb olduğunu gördü. 8 komandalı çempionat üçün bu qədər futbolçuya gərək yox idi, onsuz da yükü 15-16 nəfər çəkirdi.
 
O da var ki, “Qarabağ” avrokubokda uğur qazanmağı hədəfləmişdi. Çempionlar Liqasının qrupuna vəsiqə yanlışların üstündən xətt çəkdu, hətta məşqçilərə bəraət də verdi. Heyətin zənginliyi heç bir halda ağdamlılara ziyan vermədi, əksinə, bəzi futbolçuların potensial(sızlığ)ını üzə çıxardı.
 
İndi “Qarabağ”ın 9 futbolçu ilə birdən yolunu ayırması ciddi müzakirəyə səbəb olub. Bu addımı komandanın iddiasından əl çəkməsi kimi qələmə verirlər. Halbuki siyahıya baxsaq, Ağdam klubunun maksimum 3 futbolçu itirdiyini deyə bilərik. Bir az da dəqiqləşdirsək, “Qarabağ” yalnız Riçard Almeydanı itirir.
 
Vida edilən oyunçuların statistikasına diqqət edin (mötərizədə oyunçuların matçlarda neçə dəqiqə keçirdiyi ayrıca göstərilib):
Riçard Almeyda – 21 oyun (1570 dəqiqə – 17, 45, 29, 90, 31, 90, 90, 90, 90, 70, 87, 90, 90, 90, 90, 77, 90, 45, 89, 90, 90)
Elvin Yunuszadə – 20 oyun (1753 dəqiqə – 90, 90, 90, 90, 90, 90, 90, 90, 34, 10, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 89)
Pedro Enrike – 19 oyun (1206 dəqiqə – 90, 61, 88, 90, 69, 26, 59, 26, 22, 90, 74, 90, 90, 85, 69, 45, 22, 88, 22)
İbrahim Şehiç – 18 oyun (1564 dəqiqə – 90, 90, 90, 90, 34, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90)
Rahid Əmirquliyev – 16 oyun (1138 dəqiqə – 90, 73, 90, 90, 90, 90, 55, 90, 83, 45, 76, 1, 80, 76, 90, 19)
Ramil Şeydayev – 15 oyun (769 dəqiqə – 90, 7, 65, 71, 45, 2, 90, 21, 14, 90, 62, 74, 14, 90, 34)
Əfran İsmayılov – 13 oyun (538 dəqiqə – 90, 90, 45, 21, 90, 7, 9, 11, 13, 45, 2, 62, 53)
Ağabala Ramazanov – 5 oyun (113 dəqiqə – 16, 5, 13, 13, 66)
Arif Daşdəmirov – 4 oyun (353 dəqiqə – 90, 90, 90, 83)
 
Cədvəldən göründüyü kimi, yalnız Almeyda üçün təəssüflənmək olar. Gedənlər arasında oyun sayında liderlik edən braziliyalı həm də komandanın döyünən ürəyi idi. Onun 3 dəfə artıq maaş təklifi aldığını nəzərə alsaq, “Qarabağ”ın onu buraxması gözləniləndi. Əks halda,Riçardın maaşı az qala “Səbail”in klub büdcəsinə bərabər olacaqdı.
 
Elvin Yunuszadə 1753 dəqiqə meydanda olmaqla bu baxımdan liderdi. Bədavi Hüseynovun zədəli olduğu dövrdə onu əla əvəzləyən mərkəz müdafiəçisi sırf xarakteri, intizamsızlığı üzündən qara siyahıya düşüb. O, ən azı əla əvəzedici kimi saxlanıla bilərdi.
 
Pedro Enrike oyun sayında 3-cüdü. Amma zədəyə meylli bu oyunçunun fiziki hazırlığında da problem var idi. Təsəvvür edin, o, cəmi 5 matçda əvəz edilməyib, üstəlik, 5 oyunda heç yarım hissə də qaçmayıb. 5 milyon avro transfer haqqı olan, icarədə olduğu vaxt aylıq 70 min avro (140 min manat) əməkhaqqı aldığı deyilən belə bir oyunçunu saxlamağın yeri varmı?
 
İbrahim Şehiçin gedişi təəssüf doğurur. 5 ildi “Qarabağ”da olan bosniyalı mövsümün əvvəlində ümumiyyətlə, heyətə düşə bilmirdi. Amma haqqını yemək olmaz, sabit oynamasa da, tez-tez kobud səhvlərlə yadda qalsa da, Ağdam klubunun əsas simalarından idi. Avrokubok matlarında səhvlərinə görə qınadığımız İbrahim ÇL-də başqalarının diqqətini çəkib. İndi dəvətləri çoxalıb, ona görə “Qarabağ”dan 350 min avroluq müqavilə istəyir. Bu isə qapıçı üçün yüksək hədd sayılır və Qurban Qurbanovun onu yola salması başadüşüləndi.
 
Rahid Əmirquliyev 16 oyun keçiribsə, buna görə daha çox avrokubokda oynayan yoldaşlarının yorğunluğuna borcludu. Təsadüfi deyil, o, əksər matçlarını qışa qədər, yəni “Qarabağ” ÇL-də mübarizə apararkən keçirib. İndi müqavilə məbləğinin azaldılmasına razılıq vermədiyindən gedişi labüd idi.
 
Ramil Şeydayev 15 oyunun 4-də 90 dəqiqə meydanda olub. Onun çox qarşılaşmada bir neçə dəqiqəlik meydanda olması da heyətə uyğunlaşa bilməməsindən xəbər verir. Qol sayı? Xatırlatmağa dəyməz, hücumçu üçün biabırçı göstəricidi.
 
Əfran İsmayılovun gedişi də normal qarşılanmalıdı. İstedadlı olsa da, tənbəlliyi üzündən az qala hər gün tənqid etdiyimiz yarımmüdafiəçi 2, 7, 9, 11 dəqiqəlik oyun vaxtı ilə Ağdam klubunda qala bilməzdi.
 
Ağabala Ramazanov keçirdiyi 5 oyunun cəmi birində start heyətdə yer alıb, üst-üstə 1 matç vaxtından azacıq çox meydanda olub. “İnter”dən qalmaqalla alınan yarımmüdafiəçi istedadına xəyanət etdiyi, məşqlərinə diqqətlə yanaşmadığı üçün indi klub axtarmalıdı.
 
Arif Daşdəmirov 4 oyunu əsasən mövsümün əvvəlində keçirib və indiyədək “Qarabağ”da saxlanmasına görə müqavilə şərtlərinə tam əməl edən kluba minnətdar olmalıdı.
 
Görundüyü kimi, “Qarabağ” 1-2 oyunçu istisna olunmaqla, artıq yükdən xilas olub. Bu futbolçulara verilən maaş isə az qala digər klubların ümumi büdcəsinin yarısına bərabər idi. Ona görə ağdamlıların bu “perezaqruzka”ya ciddi ehtiyacı var idi.
 
Qurbanovu Almeydanı qışda buraxmadığı, satıb kluba pul qazandırmadığı üçün qınayanlar var. Amma unutmaq olmaz ki, Riçardla vidalaşmaq ağdamlılara çempionluq bahasına da başa gələ bilərdi. Onun yoxluğundakı son 3 oyunda komandanın 2 məğlubiyyət alması da buna bariz nümunədi. Braziliyalı lider idi və ona yalnız indi layiqli əvəz axtarmaq olar.
 
Digər tərəfdən, “Qarabağ” qışda Dino Ndlovunu yaxşı qiymətə satmaqla və Tarik Elyunussi kimi bahalı oyunçudan qurtulmaqla onsuz da büdcəsinə qənaət etdi. Onlarsız da çempionluq qazanıldı və qənaət edilən pulu indi daha doğru xərcləmək olar.
 
“Qarabağ” bu yeniləməyə ən uyğun zamanda getdi. Düzdü, çətinlik olacaq, birdən-birə 6-7 oyunçu alınmalıdı. Hələ bu futbolçuların ansambla uyğunlaşması, seçimin dəqiq edilməsi kimi məsələlər var. Lakin vaxt çoxdu, klub qışdan bu yana bir çox oyunçunu ciddi nəzarətə götürüb. Ona görə də transferlərdə yanlışlıq ehtimalı faizi az olmalıdı.
 
Digər məsələ klub büdcəsinin qismən azalması ilə bağlıdı. Klub rəhbərliyi büdcəyə baxılacağını təsadüfən dilə gətirməyib. Qitə kuboklarında qrupa düşməmək ehtimalı da var. Belə olacağı təqdirdə çox bahalı heyətlə rəqabətsiz Premyer Liqada mübarizə aparmağın anlamı yoxdu. Transferlər yüz ölçülüb, bir biçilməlidi. Çox səviyyəli oyunçular Azərbaycana gəlmir, gələn də yalnız qrupda oynamaq üçün buna can atır. “Səbail”i, “Sabah”ı, “Sumqayıt”ı hətta indiki heyətlə də udmaq olar.
 
“Qarabağ”ın çox pul xərcləməsi həm də disbalans yaradır. Böyük büdcə ilə Azərbaycan çempionatının zəif komandalarına qarşı oynamaq artıq xərcdi. 2-3 legionerə digər hansısa klubun büdcəsi qədər pul vermək izafi xərcdi. Ağdamlılarala rəqabət apara bilməyənlər indi onu öz səviyyələrinə endirir. “Qarabağ” buna getməyə məcburdu, yoxsa özü məhv olar.
 
İndiki təmizləmə isə qorxulu proses deyil. Baş məşqçi Qurban Qurbanov kiçik istisnalarla ən doğru addımı atıb. Onun transferlərdə də eyni dəqiqliyi göstərəcəyinə ümid edirik.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm