Ölkə futbolu
“Qarabağ”ın ÇL-ə hazırlıq planı bəlli oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan "Qa…
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ” klubunun yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 13-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftə hazırlıq keçəcək ağdamlılar ayın 20-də Avstriyaya yollanacaq. Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq "Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı Çempionlar Liqasının püşkünün nəticəsindən asılı olacaq.
Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə isə komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.
Qeyd edə ki, "Qarabağ” son illər yay təlim-məşq toplanışını Kössendə keçir. (Report)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar