Ölkə futbolu
U-13 Qızlar Liqasının qalibi məlum oldu
AFFA-nın təşkil etdiyi U-13 Qızlar Liqasının 2017/2018-ci il m&o…
AFFA-nın təşkil etdiyi U-13 Qızlar Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, finalda Balakənin “Qubek” komandasını 2:0 hesabı ilə məğlub edən “Təhsil” (Bakı) U-13 Qızlar Liqasının qalibi olub. Üçüncü yeri isə Şəkinin “Gənclik” komandası tutub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Texniki Departamentinin direktoru Bernhard Lippert, 17 yaşadək qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov və Qadınlar Liqasının Təşkili Şöbəsinin rəisi Nəriman Axundov təqdim ediblər.
“Neftçi” komandasının üzvü Nurçin Tanrıverdizadə 56 qolla Liqanın ən məhsuldar oyunçusu olub. U-13 Qızlar Liqasının ən yaxşı oyunçusu “Gənclik” komandasının üzvü Nahidə Məmmədova seçilib. Feyr Pley mükafatına isə “Amasiya” komandasının üzvü Angelina Gerlik layiq görülüb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi