Bizi izləyin

Ölkə futbolu

İsgəndər Cavadov Elxan Məmmədovu ifşa etdi!

İki gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov "Kə…

blank
İki gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov "Kəpəz"in Premyer Liqadan düşdüyünü rəsmən açıqladı. Bu, gözlənilən idi.
 
Mayın 11-də AFFA İcraiyyə Komitəsinin iclasından sonra brifinqdə Topaz Premyer Liqasında sonuncu yeri tutan komandanın bu il elitada qalmayacağını bildirməsinə baxmayaraq, yenə ümidlər var idi.
 
Çünki I Divizionun çempionu "Xəzər"in lisenziya şərtlərinə cavab vermədiyi üçün TPL-ə buraxılmayacağı, Divizionda yalnız "Sabah"ın bütün kriteriyalara cavab verdiyi açıqlanandan sonra Gəncə klubunun azarkeşləri az da olsa, ümid edirdilər ki, "Kəpəz"i salıb, yerinə qondarma bir klubu gətirməzlər.
 
Ancaq biz hələ fikirlərin haçalandığı bir ərəfədə yazmışdıq ki, məsələ kulisdə həll olunub. "Kəpəz" üçün AFFA-dan ayrılan 1.7 milyon manatlıq maliyyə "Sabah"a istiqamətləndiriləcək. Bəs bunu niyə edirlər və kimdir təşəbbüskar?
 
Bir daha xatırladaq ki, ötən ilin noyabrında "Kəpəz"də maliyyə mənimsəməsi faktı ortaya çıxmışdı. Və Gəncə şəhər rəhbərliyinin başlatdığı araşdırmalarda SOCAR-ın xüsusi audit qrupu aşkarlamışdı ki, assosiasiyadan klub üçün ayılan vəsaitdən mənimsəmə faktı var. Bu ifşaya görə AFFA-dan klubun Müşahidə Şurasına nümayəndə təyin olunan Mikayıl Nərimanoğlu qovuldu. Təəssüf ki, ciddi olayın üstü basdırıldı. Bu iş daha dərindən araşdırılsaydı, onda AFFA-nın baş katibi Elxan Məmmədovun cinayət məsuliyyəti daşıdığı ortaya çıxacaqdı.
 
İşin böyüməsinə AFFA prezidenti Rövnəq Abdullayev də böyük qalmaqal təhlükəsindən çəkinərək, təşəbbüs göstərməyincə olanlar gizlədildi.
 
Baş verənlərdən sonra "Kəpəz"in "vurulacağı" gözlənilən idi ki, bu barədə də bir neçə dəfə yazmışdıq.
 
Elxan Məmmədovun təhlükədən son anda qurtulması onu daha ciddi təhlükəsizlik tədbirləri görməyə vadar etdi. Baş katib artıq nüfuz edə bilməyəcəyi klubu TPL-ə buraxmamağa çalışacaq. Bunun da çeşidli səbəbləri haqda yazacağıq gələcəkdə.
 
Zaman ötdü və təklif etdiyimiz versiya təsdiqini tapdı.
 
Nədə?
 
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun "fanat.az" saytına açıqlamasına diqqət yetirin:
 
"Komitədə (İcraiyyə Komitəsi – red.) Gəncə futbolunun elitada təmsil olunmasının vacibliyini bir neçə dəfə müzakirə etmişik. Biz də istəyərdik ki, qalsın. Mən özüm də Gəncə futbolundan çıxmışam. Bu şəhərin komandasının Premyer Liqada mübarizə aparmasını şəxsən özüm də arzulayırdım. Lisenziyalaşdırma Komissiyası bank təminatıyla bağlı tələbləri yerinə yetirə bilmədiklərini əsas gətirdi. "Kəpəz”ə vaxt verilmişdi. On gün ərzində bank təminatı məsələsini həll etsəydilər, qalacaqdılar. Belə qərara alınmışdı. Bilirsiz ki, aşağı liqanın qalibi "Xəzər”in də eyni səbəbdən elitaya yüksəlməsi mümkün olmadı. Təəssüf ki, biz nəyisə dəyişə bilmərik. Futbol klublarımıza sponsorların maraq göstərməməsi acı nəticələr verir. Elitada komanda sayı artsa, yaxşı olar. Mən də bunun tərəfdarıyam”.
 
Lisenziyalaşdırma Komissiyası bank təminatıyla bağlı tələbləri yerinə yetirə bilmədiyini əsas gətirib? Kluba bununçün 10 gün vaxt verilib?!
 
Bəs isenziyalaşdırma qrupunun "Kəpəz"ə "hə" dediyi rəsmən açıqlanmamışdımı?
 
Bu nə hoqqadır onda?
 
Ya İsgəndər müəllim nəyisə qarışdırır, ya da…
 
Yox, heç kim heç nəyi qarışdırmır. Zarafat işlər, uşaq oyunları deyil ki, kimsə nəyisə qarışdırsın, səhv etsin. Burda böyük pulların hesabı gedir və hər şey dəqiqliyi ilə hesablanır.
 
Sadəcə, məsələ bizim yazdığımız kimidir. "Kəpəz" üçün AFFA-dan ayrılan 1.7 milyon manat bundan sonra "Sabah"a ayrılacaq. Bilirsiniz niyə? Çünki şəhər rəhbərliyi həmin ifşa olayından sonra AFFA-dan  gələn pulun xərclənməsinə nəzarəti ələ keçirmişdi. Bu sistem də heç cür Elxan Məmmədov və onun güvəndiyi şəxs – AFFA-nın vitse-prezidenti Elşad Nəsirov klanına sərf etmirdi. Ona görə də həmin pulu ordan ayırmağa bəhanə uydurmaq üçün Məmmədov elə "oyun" qurdu ki, Diviziondan yalnız "Sabah" gəldi elitaya. Çünki bu klub tamamilə baş katibin nəzarətindədir. O, artıq həmin 1.7 milyon manatı yenə öz istədiyi kimi xərcləyəcək. "Kəpəz"dəki qorxu indi onların "drujinasını" izləmir.
 
Elxan Məmmədov gördü ki, ictimai tәzyiq cox güclüdü, İcraiyyə Komitəsi də "Kәpәz"i saxlamaq istәyir, mәsәlәni elә "fırlatdı" ki, klub tamamilə şәhәr rәhbәrliyinin ümidinə qaldı. AFFA-dan ayrılan pul daha verilmәyәcәk. Belәdә şәhәr rәhbәrliyi o qәdәr vәsait ayırmayıb. Lisenziya şәrti, maliyyә mәsәlәsi dә ortaya atıldı ki, ümumiyyәtlә cüzi ehtimal da qalmasın "Kәpәz" üçün. Özü dә dәrhal açıqlama ilә bunu bildirib mәsәlәyә nöqtә qoymağa çalışdı.
 
Bəs bu qədər həngamənin olduğu bir yerdə AFFA prezidenti Rövnəq Abdullayev hara baxır – deyəcəksiniz…
 
Bilirsiniz, pay bölgüsü məsələlərində tərəflər (oxu: klanlar) bir-birinin xətrinə dəymir. Nə olsun Abdullayev SOCAR və AFFA-nın rəhbəridir, Elşad Nəsirov da elə-belə fiqur deyil. O hesab edirsə ki, "Kəpəz" "çaşdı", deməli, Abdullayev də elə hesab edir… Anladınız siz.
 
Belə bir "oyunbazlığın" içində zərbə Azərbaycan futboluna dəyir. Biz isə sizi məlumatlandırmaqda davam edəcəyik.
 
Futbolpress.az
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-29 01:23

“Qəbələ”nin futbolçusu Türkiyədə əməliyyat olundu

blank
Digər idman növləri2024-05-28 23:36

Azərbaycanın daha bir idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Milli komanda2024-05-28 23:00

Avropa çempionatı öncəsi milli üzvləri ilə görüş

blank
Digər idman növləri2024-05-28 22:43

Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adladı

blank
AÇ-20242024-05-28 22:26

Çexiya millisinin AÇ-2024 üçün heyəti

blank
Dünya futbolu2024-05-28 21:51

Qazaxıstan millisinin Azərbaycanla oyun üçün heyəti bəlli oldu

blank
Dünya futbolu2024-05-28 21:18

“Fənərbaxça”da ayrılıq

blank
Ölkə futbolu2024-05-28 20:44

“Turan Tovuz”da gözlənilməz istefa

blank
Ölkə futbolu2024-05-28 19:32

“Səbail”dən ayrıldığını açıqladı

blank
AÇ-20242024-05-28 19:00

Slovakiya millisinin də AÇ-2024 üçün ilkin heyəti bilindi

blank
Digər idman növləri2024-05-28 18:29

Avropa Həndbol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

blank
Milli komanda2024-05-28 18:00

“Azərbaycan millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar” – Çerçesov

blank
Ölkə kuboku2024-05-28 17:31

Finala doğru: “Qarabağ” və “Zirə”nin 37-ci dueli

blank
Ölkə futbolu2024-05-28 17:00

Millimizin forvardı “Hatayspor”dan ayrıldı

blank
AÇ-20242024-05-28 16:00

Belçika millisinin AÇ-2024 üçün yekun heyəti açıqlandı

blank
AÇ-20242024-05-28 15:32

Serbiya millisinin AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-28 15:00

Azərbaycan idmançısı “Bratislava Reqatası”nda 3-cü oldu

blank
Digər idman növləri2024-05-28 14:28

Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb

blank
Digər idman növləri2024-05-28 14:00

Yığmamız təlim-məşq toplanışına yollandı

blank
Milli komanda2024-05-28 13:31

Millimizin AÇ-dəki oyunlarının təqvimi bəlli oldu

blank
Dünya futbolu2024-05-28 13:00

Ronaldodan yeni rekord

blank
Dünya futbolu2024-05-28 12:35

9 ildən sonra “Mançester Yunayted”lə vidalaşdı

blank
Dünya futbolu2024-05-28 12:00

“Yuventus”da ayrılıq

blank
Dünya futbolu2024-05-28 11:33

La Liqa klubunda yeni baş məşqçi

blank
Milli komanda2024-05-28 11:02

Rəqibimiz Avro-2024 üçün heyəti açıqladı

blank
Milli komanda2024-05-28 10:47

“Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”

blank
Digər2024-05-28 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-28 09:22

“Şampiyon Cim-Bomum, ne istersen iste benden!”

blank
Dünya futbolu2024-05-28 08:57

Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Ölkə futbolu2024-05-28 08:38

“Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım” – Mahir Emreli

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm