Ölkə kuboku
Azərbaycan Kubokunu “Keşlə” qazandı
Bu gün futbol üzrə Azərbaycan kubokunun final qarşılaşm…
Bu gün futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada “Keşlə” və “Qəbələ” üz-üzə gəlib.
Bu komandaların yolları indiyədək 2 dəfə kubokda kəsişmişdi. Hər iki halda yarımfinalda üz-üzə gələn rəqiblərin duellərində 4 matç baş tutmuşdu. Bir dəfə paytaxt klubu, digərində isə “Qəbələ” finala adlayıb. Baş tutan 4 oyundan birində bakılılar qalib gəlibsə, son 3 qarşılaşmada “Qəbələ” 2 top fərqilə qələbə qazanıb.
Cümhuriyyətimizin 100 illik yubileyi günündə keçirilən qarşılaşma Azərbaycandan növbəti avrokubok mövsümünə qatılacaq sonuncu komandanın adına aydınlıq gəlməsi baxımından da əhəmiyyətli idi. “Keşlə” bu matçdan qalib ayrılsa, ölkəmizin növbəti avrokubok mövsümündəki son iştirakçısı olacaqdı. Əks halda isə bu “bilet” ölkə çempionatını 4-cü pillədə başa vurmuş “Zirə”yə qismət olacaqdı.
Qarşılaşmanın taleyini bir qol həll edib. Pərdis Fərcad-Azadın ikinci hissədə vurduğu qol "Keşlə"yə həm Azərbaycan Kubokunu, həm də Avropa Liqasına vəsiqə qazandırıb.
Azərbaycan Kuboku
Final
28 may
“Keşlə” – “Qəbələ” 1:0
Qol: P.F.Azad, 71.
Qırmızı vərəqə: İlqar Qurbanov, 89.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
Qəbələ şəhər stadionu, 20:00.
“Keşlə”: 1. Kamran Ağayev, 2. Sərtan Taşkın, 3. Denis Silva Kruz, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Pərdis Fərcad-Azad, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 48. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 28. Məmməd Quliyev, 16. Şahin Zəkiyev.
Baş məşqçi: Yuri Maksimov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Jozef-Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacılı, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-19 12:27
AFFA Tovuza elə bir hakim göndərib ki…
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq