Ölkə futbolu
…Bizə də lağ edirlər
Qırğızıstan millisi ilə oyunda özümüzü &ccedi…
Qırğızıstan millisi ilə oyunda özümüzü çox rahat, bir xeyli şən hiss edirdik, hə? Eqomuz tavan vururdu, etiraf edək.
Bu nə komandadır…
Daha çox vurmaq lazımdır…
Ən az beş qol!
Və s. isterik yanaşmalar eşidirdik yan-yörəmizdən. Bir məqamı isə qabardıb, aydınlıq gətirməyə ehtiyac var. Bu, Qırğızıstan millisinin formasıdır.
Həm stadionda, həm sosial şəbəkələrdə insanlar oyun haqda fikrini bölüşəndə rəqibin formasına sataşmağı da lazım bilirdilər.
Bu nədir, elə bil məşq formasıdır və s.
Bəli, Qırğızıstan dünya okeanına çıxışı olmayan ölkədir və buna görə iqtisadiyyatı zəifdir. İqlim də əlverişli deyil ki, hansısa təsərrüfat sahəsinə yatırım edib, dünya bazarına çıxsın. Qırğızıstan lokal əkinçilik təsərrüfatı və maldarlıqla dolanan bir ölkədir. Pamir dağları qoynunda onlara bu yaşam da bəs edir və xoşbəxtdirlər. Onların bizim kimi nefti, qızıl yataqları yoxdur. Az şəraitlə ortaya komanda çıxara bilirlərmi?
Biz necə onların formasına, komanda kimi maddi imkanına yuxarıdan aşağı baxırdıqsa, lağ edirdiksə, bizimçün də lağ edən az deyil. Çünki Azərbaycan millisinin geyindiyi "Nike" də yüksək keyfiyyətli versiya deyil. Heç Azərbaycan millisinin geyindiyi forma da keyfiyyətli sayılmır. Brend ad olsa da, eksklüziv dizayn yanaşmasının olmaması bir yana, brendin ortabab sayıla biləcək versiyasıdır. Baş katib Elxan Məmmədov bu məsələdə də süni dəbdəbə taktikasını seçib və ona hələ də elə gəlir ki, ətrafda bilən, görən yoxdur…
Qırğızıstanın brend adlarla müqavilə bağlamasına maddi imkanı yoxdur. Onların futbol federasiyasının illik büdcəsi 25 milyon manat deyil, ondan on dəfə azdır. Lağ olunası onlar yox, bu qədər imkanlar içində keyfiyyətsiz forma geyinməkdir.
AFFA-nın baş katibi Elxan Məmmədovun Rövnəq Abdullayevi inandırıb, Azərbaycan futboluna caladığı "Nike" ilə keyfiyyət niyyətiylə yox, şəxsi mənfəət məqsədi üçün əməkdaşlığa başlanıb.
İndi müəyyən klublara da "Nike" geyindirməyə çalışan baş katibin bu addımı uğur kimi təqdim etməsidir lağ olunası məqam, futbolu oldu-olmadı vecinə olmayan Qırğızıstanın forması yox…
Futbolpress.az