Ölkə futbolu
“Qəbələ” Zaqreb “Dinamo”suna uduzdu – VİDEO
Yeni mövsümə Sloveniyada hazırlaşan “Qəbələ&rdqu…
Yeni mövsümə Sloveniyada hazırlaşan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb.
Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda baş tutub. "Qəbələ" bu görüşdə iki cavabsız qolla məğlub olub.
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Yoxlama oyunu
28 iyun
“Qəbələ” – “Dinamo” 0:2
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Stiven Monroz, 10. Rauf Əliyev.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 89. Abbas Ağazadə.