Ölkə futbolu
“Qarabağ”ın rəqibindən darmadağın
Sloveniyanın “Olimpiya” klubu UEFA Çempionlar Liqa…
Sloveniyanın “Olimpiya” klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağıq Azərbaycan çempionu “Qarabağ”la matça hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Lyublyana təmsilçisi hazırlıq prosesi çərçivəsində ötən gün yoxlama oyunu keçirib. “Qarabağ”ın rəqibi Sloveniya 3-cü Liqasında çıxış edən “Çempion Çelye” klubu ilə qarşılaşıb.
“Olimpiya” bu oyunda böyük hesabla qalib gəlib – 4:0. “Qarabağ”ın rəqibi matçın taleyini elə ilk hissədə həll edərək, bütün qolları fasiləyə qədər rəqib qapısından keçirib.
Paytaxt təmsilçisinin makeodniyalı yarımmüdafiəçisi Daniel Avramovski dubl edib – 5 və 32-ci dəqiqələrdə. Digər 2 qolun müəllifi serbiyalı hücumçu Andriya Kaludyeroviç (16-cı dəqiqə) və xorvatiyalı müdafiəçi Dino Ştiqleç (42-ci dəqiqə) olub.
Lyublyana təmsilçisi növbəti hazırlıq matçını iyulun 30-da Zaqreb “Lokomotiv”inə qarşı keçirəcək.