Dünya futbolu
“Qarabağ”ın rəqibi serbiyalı yarımmüdafiəçi aldı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təs…
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Sloveniya çempionu “Olimpiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Lyublyana klubu Serbiya “Voyvodina”sından Marko Putinçanini heyətinə qatıb. 30 yaşlı serbiyalı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. Bu barədə Lyublyana təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bu oyunçunun “Olimpiya”da 70 nömrəli formanı geyinəcəyi də qeyd olunub.
Qeyd edək ki, Putinçanin peşəkar karyerasına ölkəsinin “Radniçki” klubunda başlayıb. Sonralar isə o, “Zemun”, “Bezaniya”, “Dinamo” (Tirana, Albaniya), “Donyi Srem”, “Jetısu” (Qazaxıstan), “Radnik”, “Vojdovaç” klublarında da forma geyinib.