Ölkə futbolu
Yaponiya – Polşa matçının ən yaxşı oyunçusu
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionat…
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilmiş Yaponiya – Polşa matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Polşa yığmasının müdafiəçisi Yan Bednarek seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Polşa yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasının yeganə qolunu da məhz İngiltərənin “Sauthempton” klubunda çıxış edən Bednarek vurub.