Ölkə futbolu
Qələbə qolunu vurdu, ən yaxşı seçildi
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionat…
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilmiş Seneqal – Kolumbiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Kolumbiya yığmasının müdafiəçisi Yerri Mina seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Kolumbiya yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasının yeganə qolunu da məhz “Barselona” klubunda çıxış edən Mina vurub.