Dünya futbolu
Avroliqada heç-heçələr günü
Futbol üzrə Avropa Liqasında da ilkin mərhələnin ilk oyunlar…
Futbol üzrə Avropa Liqasında da ilkin mərhələnin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu mərhələnin bir oyunu iyunun 26-da baş tutmuşdusa, qalan görüşlər bu gün keçirilib. Əksər qarşılaşmalarda 1:1 hesabı qeydə alınıbsa, yalnız iki görüşdə meydan sahibləri qələbəni bayram ediblər.
Qeydə alınan nəticələri təqdim edirik:
Avroliqada ilkin mərhələnin cavab oyunları iyulun 5-də keçiriləcək.
Avropa Liqası
İlkin mərhələnin ilk oyunları
26 iyun
Sent Culia (Andorra) – Qzira Yunayted (Malta) – 0:2
28 iyun
Avropa (Cəbəllütariq) – Priştina (Kosovo) 1:1
Birkirkara (Malta) – Klaksvik (Farer adaları) 1:1
B36 Torshavn (Farer adaları) – Sent-Jozef (Cəbəllütariq) 1:1
Sefn Druids (Uels) – Trakai (Litva) 1:1
Enqordani (Andorra) – Folqore (San Marino) 2:1
Tre Fiori (San Marino) – Bala Taun (Uels) 3:0