Dünya futbolu
“Arsenal”dan 20 milyon avroluq transfer
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbol&cced…
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Dortmund “Borrusiya”sının mərkəz müdafiəçisi Sokratis Papastatopulosu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat verib. Tərəflərin uzun müddətli müqaviləyə imza atdığı bildirilsə də, dəqiq müddət qeyd edilməyib.
“Topçular”ın 30 yaşlı futbolçuya görə təxminən 20 milyon avrosundan keçdiyi bildirilir.
2013-cü ildə “Verder” klubundan transfer edilən Sokratis, “Borussiya” forması ilə 130 rəsmi oyunda iştirak edib və 7 qolla yadda qalıb. Karyerası ərzində ölkəsinin AEK, “Niki Volos”, İtaliyanın “Cenoa”, “Milan”, Almaniyanın “Verder” və “Borussiya” klublarında oynayan Sokratis, Yunanıstan millisində 79 oyuna çıxıb.